среда, 16 апреля 2008 г.

BBBQ layihesi haqda

Bir uşağın həyatını dəyişməyə hazırsanmı?


Məqsəd? Uşaq evində yaşayan 8-16 yaş arası 50 uşağa böyük bacı və ya qardaş seçmək və bu yolla hər uşağa yetərincə diqqət və qayğı göstərilməsini təmin etmək.

Niyə? Uşaq evlərində orta hesabla 7 uşağa bir dayə düşür və hər uşaq yetərincə diqqət, qayğı və sevgi görmür. Uşaq evindən çıxanda isə bu uşaqların çox az hissəsi uğurlu həyat qurub yaxşı karyera sahibi olur. Onların çoxu özünə güvənsiz, utancaq olur və tənhalıq burulğanında boğulurlar. Böyük Bacılar Böyük Qardaşlar proyekti isə hər uşağa xüsusi diqqət ayıra biləcək böyük bacı və ya qardaş seçmək və bu seçim prosesində ən uğurlu namizədlərə üstünlük verməyi nəzərdə tutur.

Harada? Proyektin keçirilməsi Əhmədli qəsəbəsində yerləşən 3 saylı uşaq evində nəzərdə tutulur.

Kim? Həftədə heç olmasa bircə dəfə kiçik bacı və ya qardaşını ziyarət etmək üçün vaxtın varsa, onunla telefonda danışıb onun problemlərini paylaşa bilərsənsə, bir uşağın həyatında həlledici rol oynamaq istəyirsənsə və yaşın 18-dən yuxarıdırsa bizə qoşul, özünə kiçik bacı və ya qardaş qazan. İki əsas məqam var: qızlara kiçik bacı, oğlanlara isə kiçik qardaş seçiləcək. Kiçik bacı və ya qardaş böyükdən azı 10 yaş kiçik olacaq.

Davam? Proyekt çərçivəsində Böyük Bacılar Böyük Qardaşların öz kiçik bacı-qardaşları ilə müxtəlif əyləncələri, piknikləri, party-ləri və oyunları təşkil olunacaq. Proyekt Aprelin əvvəlinə qədər davam edəcək, amma namizədlər öz kiçik bacıları və ya qardaşları ilə proyekt bitəndən sonra da əlaqə saxlamalıdır.

Şəbnəm Alməmmədova

Layihənin koordinatoru

Комментариев нет: